“MKT İstehsalat Kommersiya” MMC tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində fermer övladları üçün “MKT Summer Camp” yay düşərgəsi təşkil edilmişdir.
“MKT İstehsalat Kommersiya” MMC tərəfindən Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində fermer övladları üçün “MKT Summer Camp” yay düşərgəsi təşkil edilmişdir.
Biz “MKT İstehsalat Kommersiya” MMC olaraq, fermerlərimizin rifahını hər zaman ön planda tutduğumuz kimi fermer övladlarını da diqqət mərkəzində saxlamağı özümüzə borc bilirik. Bu cür təşəbbüslər həm də cəmiyyətimizlə olan əlaqələrimizi möhkəmləndirir və onların bizə olan loyallığını artırır.
Bu məqsədlə avqust ayı ərzində yüksək məhsuldarlığı ilə fərqlənən fermerlərin 7-15 yaş aralığındakı övladları üçün 1 həftəlik yay düşərgəsi təşkil edilmişdir. Fəaliyyət göstərdiyimiz pambıqçılıq rayonlarından olan 30-dan çox uşaq 1 həftə boyunca müxtəlif maraqlı oyunlarda iştirak etdilər, ekskursiyalarda yeni məlumatlar öyrəndilər və yaradıcılıq sənətləri ilə öz istedadlarını inkişaf etdirdilər. Həmçinin düşərgəyə qatılan uşaqlar oxatma, mini golf, futbol və başqa idman növləri üzrə seminarlara iştirak etmə imkanı tapdılar.
27.08.2024