Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

"MKT İstehsalat Kommersiya" MMC Məhsul Yığımı Mövsümünə Texniki Hazırlıq Görür

25.09.2024

"MKT İstehsalat Kommersiya" MMC məhsul yığımı mövsümünə hazırlıq çərçivəsində, yığım prosesinin fasiləsiz və səmərəli şəkildə aparılmasını təmin etmək məqsədilə filiallarda aqronomlar və filial müdirlərinin iştirakı ilə texnikalara baxış və təmir tədbirləri həyata keçirib. Məhsul yığımı öncəsi kombaynların və digər texnikaların saz vəziyyətə gətirilməsi yaxından izlənilib və lazımi təmir işləri yerindəcə aparılıb.

Filialda keçirilən görüşlər zamanı həmçinin sürücülərlə də müzakirələr aparılaraq onların təklif və problemləri dinlənilib.
"MKT İstehsalat Kommeriya" MMC məhsul yığımı mövsümünün müvəffəqiyyətlə həyata keçirilməsi üçün texniki hazırlığa və əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət ayırmağa davam edəcəkdir.