Prime Cotton
Metroloji Xidmət
Haqqımızda
“Prime Cotton” MMC-nin kalibrlənmə laboratoriyası ISO/IEC 17025 “Sınaq və kalibrlənmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” ("General requirements for the competence of testing and calibration laboratories") beynəlxalq standartına uyğun olaraq ölçmə vasitələrinin kalibrlənməsi xidmətlərini həyata keçirir. Kalibrlənmə laboratoriyası Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeçiliyində olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub.
Müəssisələrdə istismarda olan temperatur, kütlə, təzyiq və nəmlik ölçmə vasitələrinin dövrü, növbədənkənar kalibrlənməsini həyata keçirmək üçün ixtisaslaşmışdır. Şirkətimiz yüksək dəqiqlikli cihaz və avadanlıqlarla tam təchiz olunub, personallarımız metrologiya sahəsində zəngin bilik və təcrübəyə malikdir.
Metroloji Laboratoriyanın əsas hədəfi metroloji xidmətlərin keyfiyyətinin beynəlxalq səviyyəyə çatdırılmasına səy göstərmək və ölçmələrin dəqiqliyinin artırılması ilə məhsulun keyfiyyətinin yüksəldilməsinə yardımçı olmaqla keyfiyyətli məhsul istehsal olunmasına təminat verəcək.
Digər sahələrdə olduğu kimi istehsalatda da dəqiqliyə nail olmaq çox vacibdir, çünki son nəticədə keyfiyyətli məhsul istehsal etmək üçün istehsal prosesinin düzgün və dəqiq tənzimlənməsi mühüm amildir. Bu dəqiqlik isə ölçmə vasitələrinin köməyi ilə əldə olunur. Dəqiq ölçmə aparmadan keyfiyyətli məhsul istehsal etmək və təhlükəsizliyə zəmanət vermək mümkün deyil.
Şirkətinizdə istismarda olan ölçmə vasitələrinin kalibrlənməsi və sertifikatlarla təmin edilməsində Sizinlə əməkdaşlıq etməkdən məmnunluq duyarıq!
Tel: +994 55 515 01 01 / +994 55 400 13 02
Elektron Poçt: sales.metrologiya@Primecotton.az
Tərəfdaşlarımız:
- Petrochem Group
- “KRAUN KO-R” MMC