16 sentyabr 2024 tarixində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Bilik Günü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə universitetin rektoru Zəfər Qurbanov, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, şirkətimizin nümayəndələri və digər şirkətlərin təmsilçiləri iştirak ediblər.
Tədbir zamanı aqrar sektorda gənc kadrların inkişafına xüsusi əhəmiyyət verən “MKT İstehsalat Kommersiya” MMC-nin gənc mütəxəssislərin peşəkar inkişafını dəstəklədiyi və onlar üçün davamlı əlaqələr və əməkdaşlıq imkanlarının yaradılmasına böyük önəm verdiyi vurğulanıb. Tədbirin sonunda isə, yüksək bal toplayan tələbələrə şirkətimiz tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
“MKT İstehsalat Kommersiya” MMC, hər zaman sektorda gənc mütəxəssislərin inkişafını, yüksək keyfiyyətli insan resurslarının formalaşmasını və aqrar sahənin davamlı tərəqqisini öz fəaliyyətinin əsas prioritetləri arasında görür. Bu səbəbdən, belə tədbirlərdə iştirakını vacib hesab edir və gələcəkdə də davamlı olaraq bu cür fəaliyyətlərdə iştirak etməyi planlaşdırır.
EN
RU