“MKT İstehsalat Kommersiya” MMC dünyanın aparacı inspeksiya, yoxlama şirkətlərindən olan “SGS” ilə əməkdaşlığa başlamışdır.
Bu ilki pambıq tədarükü dövründə “MKT İstehsalat Kommersiya” MMC-nin 5 filialında “SGS” şirkətinin nümayəndə heyyəti xam pambığın qəbulu, nümunələrin götürülməsi, nümunələrin zibillik və nəmlik analizinin aparılması zamanı müşahidəçi kimi iştirak edəcəkdir.
28.09.2023