Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton-un ixrac fəaliyyəti Dövlət Vergilər Xidməti tərəfindən qiymətləndirildi

13.02.2025

2024-cü ilin sonundan Prime Cotton brendi altında fəaliyyət göstərən MKT İstehsalat Kommersiya şirkəti “Özəl sektor üzrə fəal ixracatçı” nominasiyasında fərqləndiyinə görə sertifikatla təltif olunub.
13 fevral 2025-ci il tarixində keçirilmiş “Vergi Xidməti–25: Davamlı inkişaf və effektiv transformasiya” Forumunda İqtisadiyyat Naziri Mikayıl Cabbarov sertifikatı Prime Cotton-un Baş İcraçı Direktoru Rövşən Mahmudova təqdim edib.
Bu mükafat Prime Cotton-un ixrac sahəsindəki uğurlarının və Azərbaycan iqtisadiyyatına verdiyi töhfənin bir göstəricisidir! 🌍
Prime Cotton - Şəffaf. İzləniləbilən. Etibarlı.