Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton kollektivi 27 Sentyabr Anım Günündə şəhidlərimizi ehtiramla yad etdi.

27.09.2025

Prime Cotton kollektivi 27 Sentyabr Anım Günündə şəhidlərimizi ehtiramla yad etdi.

27 Sentyabr Anım Günü münasibətilə Prime Cotton kollektivi ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edib.

Bu gün münasibətilə şirkət rəhbərliyinin nümayəndələri, əməkdaşlarımız Zəfər parkını ziyarət edərək, Zəfər abidəsi önünə əklil qoyublar. Eyni zamanda, region filiallarımız tərəfindən şəhid məzarları ziyarət olunub, qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.

Prime Cotton olaraq, şəhidlərimizin şücaətini minnətdarlıqla yad edir, Vətən qarşısındakı misilsiz xidmətlərini daim uca tutur və unutmuruq.