Prime Cotton, 2025-ci ilin yanvar - avqust aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yeri tutaraq lider mövqeyini qoruyub.
2024-cü ilin yanvar – dekabr aylarında da ölkə üzrə ixracatda birincilik qazanaraq ardıcıl uğurlarımızı nümayiş etdirmişik.
Bu nəticələr pambıqçılıq ənənələrimizi müasir texnologiyalarla birləşdirən dayanıqlı istehsal modelimizin, keyfiyyətə verdiyimiz üstünlüyün və əməkdaşlarımız, o cümlədən fermerlərimizin zəhmətinin göstəricisidir.
Məhsullarımız Türkiyə, Çin, həmçinin bir çox MBD ölkələrinə ixrac olunur.
Prime Cotton bu gün yalnız ixrac göstəriciləri ilə deyil, həm də OEKO-TEX® sertifikatı ilə təsdiqlənmiş məhsul təhlükəsizliyi, Sedex, ICA üzvlükləri ilə beynəlxalq etibarlılıq və yüksək keyfiyyət standartlarını təsdiqləyir.
Əldə etdiyimiz nailiyyətlərdən və Azərbaycan pambığının qlobal bazarda tanınmasından qürur duyuruq. İnanırıq ki, gələcəkdə də müştərilərimizə yüksək keyfiyyətli məhsul və xidmətlərimizi təqdim etməklə ixracda yeni üfüqlər açmağa davam edəcəyik