Sedex-in “Supplier Plus” üzvlüyü şirkətimizin şəffaflıq və dayanıqlılıq prinsiplərinə verdiyi önəmin göstəricisidir. Bu Sertifikat həm tərəfdaşlara əlavə güvən yaradır, həm də müştərilərə təchizat zəncirində daha etibarlı seçim imkanı təqdim edir.
ICA üzvlüyü isə Prime Cotton-a beynəlxalq pambıq bazarında daha geniş iştirak imkanı verir. Bu, eyni zamanda şirkətin ədalətli və təhlükəsiz ticarət prinsiplərinə sadiqliyini ortaya qoyur.
Bu gün 3,000-dən çox əməkdaşımız və 7,000-dən çox fermerimizlə birlikdə əldə etdiyimiz uğurlar təkcə Prime Cotton-un deyil, bütövlükdə Azərbaycanın pambıqçılıq sektorunun qürurudur.
Ölkənin ən böyük pambıq şirkəti kimi Prime Cotton bu il 30 illik yubileyini qarşılayarkən, yerli məhsula beynəlxalq dəyər qatmağın qürurunu yaşayırıq.
Şirkətimiz bununla kifayətlənmək niyyətində deyil. Prime Cotton artıq Better Cotton və GOTS (Global Organic Textile Standard) kimi dünyaca tanınmış sertifikatları da almaq üçün fəal iş aparır. Məqsədimiz - cəmiyyətimiz və gələcək nəsillər üçün daha şəffaf, daha dayanıqlı və daha güclü istehsal modeli qurmaqdır.