Azərbaycan pambıqçılıq sektorunun aparıcı şirkətlərindən biri olan Prime Cotton 10–12 sentyabr tarixlərində İstanbulda keçirilən “Texhibition İstanbul 2025” beynəlxalq sərgisində iştirak edib.
Şirkətin satış, marketinq və istehsalat üzrə nümayəndə heyəti dünyanın ən iri tekstil şirkətlərini bir araya gətirən bu tədbirdə Azərbaycan pambığının keyfiyyətini nümayiş etdirib, sərgi çərçivəsində yeni əməkdaşlıqlar üçün görüşlər keçirilib və gələcək tərəfdaşlıq imkanları barədə danışıqlar aparılıb.
Prime Cotton-un əsas hədəfi pambıq və iplik məhsullarını qlobal bazarda daha geniş tanıtmaq, eyni zamanda Azərbaycan pambığının güclü brend imicini möhkəmləndirməkdir.
Qürur hissi ilə qeyd etmək istəyirik ki, sərgidə Prime Cotton pambığından hazırlanmış cins geyimlər də təqdim olunub. Bu, həm pambığın universallığını göstərdi, həm də şirkətin keyfiyyətə verdiyi önəmin bariz nümunəsi oldu.