Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton "Made in Azerbaijan" brendlərinin təqdim olunduğu Novruz Yarmarkasını keçirdi

18.03.2025

Baki, 18 mart 2025-ci il — Prime Cotton şirkəti baş ofisinin yerləşdiyi Qafqaz Biznes Mərkəzində Azərbaycan Tekstil Assosiasiyası və shoppingaz.az platformasının dəstəyi ilə təşkil edilən Novruz Yarmarkasının uğurla baştutdu. Bu tədbirin əsas məqsədi Prime Cotton-un və tərəfdaş şirkətlərinin əməkdaşlarına Novruz bayramının unikal atmosferini yaşatmaq, bayram ruhunu hiss etdirməklə yanaşı, yerli sahibkarlara dəstək olmaq və onların brendlərini daha geniş auditoriyaya tanıtmaq idi.

Tədbir Prime Cotton-un Baş icraçı direktoru Rövşən Mahmudovun açılış nitqi ilə başladı. O, yarmarka iştirakçılarını və əməkdaşlarını İlaxır Çərşənbəsi və qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək, şirkətin korporativ yanaşması və gələcək planları haqqında məlumat verdi. O, həmçinin yarmarka iştirakçılarına uğurlar arzuladı. Daha sonra Azərbaycan Tekstil Assosiasiyasının İcraçı direktoru Fəridə Axundova və shoppingaz.az layihəsinin rəhbəri Nərmin Abdinbəyova çıxış edərək bayram təbriklərini çatdırdılar.

Açılış nitqlərindən sonra yarmarka rəsmi olaraq işə başladı. Ziyarətçilər yerli istehsal olunmuş məhsulları almaqla yanaşı, əyləncəli proqramlarda iştirak etdilər və biznes dairələri ilə yaxın əlaqələr qurmaq imkanı qazandılar.

Yarmarkada çoxsaylı yerli brendlər iştirak edirdi. Onlar arasında ətriyyat və kosmetika sahəsində Zuleykha Parfum, zərgərlik və aksesuarlar sahəsində Amorini və Atide, əl işi məhsullar təqdim edən Di Mom Handmade, Şərqinciləri, Gilli 1881, Nur Dizayn, Badira Aliyeva, Woonderkind, Artwood, Vajiha Hasanova, Floe_Candle_Dekor, Elli Candles kimi markalar yer alırdı. Dekorativ və təbii məhsullar sahəsində Azbadam, Smfresh Masla, Zirə Natural, tekstil sektoru üzrə Giltex, Azani Tekstil, Gəncə Tekstil, Öztekstil, Bakı Tikiş Fabriki, Business Tex/Xankəndi Tekstil, Gülsam Group MMC kimi şirkətlər təmsil olunurdu. Geyim və aksesuar sahəsində isə Kings Style, Zadagan, Jansel, The Noise, Flort, Phantom, Sfproduction, Gültac Brend, Abdul Collection, Spirit, Shine, İconicstyle, Meshque MMC və Fakihriya Khalafova kimi yerli brendlər öz məhsullarını sərgiləyirdi.

Prime Cotton-un tərəfdaş şirkətlərinin əməkdaşları, Azərbaycan Tekstil Assosiasiyasının üzvləri və digər dəvətlilərin iştirak etdiyi yarmarka boyu ziyarətçilər "Made in Azerbaijan" brendlərindən bayram hədiyyələrini seçərək, eyni zamanda yerli istehsala dəstək olma fürsəti qazandılar.

Bu tədbir, yerli istehsalın təbliği və sahibkarların bazarda  tanınması baxımından vacib addım oldu.