Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton “CEO Summit 2025” tədbirinin Qızıl Sponsoru oldu

27.02.2025

25 fevral 2025-ci il tarixində Azərbaycan HR İnstitutu və CEO Club Azerbaijan-ın təşkilatçılığı ilə ölkənin aparıcı şirkət rəhbərlərinin iştirak etdiyi “CEO Summit 2025” keçirildi.
Sammit çərçivəsində yerli və beynəlxalq biznes liderləri “CEO Liderliyinin Yeni Erası: Vizionun Təsirə Çevrilməsi” və “Süni İntellekt və İnsan Mərkəzli Liderlik: Texnologiya ilə İnsanlığı Birləşdirmək” mövzularında panel müzakirələrində çıxış etdilər. Bu panellər çərçivəsində biznes rəhbərləri üçün yeni əməkdaşlıq imkanları, innovativ liderlik və süni intellektin biznesdə rolu kimi aktual mövzular müzakirə olundu.
Prime Cotton şirkətinin rəhbər heyəti, Baş İcraçı Direktor Rövşən Mahmudovun rəhbərliyi ilə sammitdə iştirak etdi. Biznes dünyasında innovativ liderliyin və dayanıqlı inkişafın tərəfdarı kimi Prime Cotton “CEO Summit 2025” tədbirinin Qızıl Sponsoru oldu.