Ötən həftə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov əməkdaşlıq etdiyimiz fermer, Şəmmədov Elşad Zeynal oğluna 3-cü dərəcəli “Əmək” ordenini təqdim edib. Bu mükafat Prezident İlham Əliyevin sərəncamına əsasən, kənd təsərrüfatının inkişafına verdiyi töhfələrə görə təqdim olunmuşdur.
Elşad bəy Prime Cotton ilə uzun illərdir əməkdaşlıq edir və pambıqçılıqda əldə etdiyi nailiyyətlərlə həm şirkətimizə, həm də sektora əhəmiyyətli töhfələr verib.
Elşad bəyi bu möhtəşəm nailiyyəti münasibətilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!