Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Vakansiya: Hüquqşünas (Bərdə Filialı üzrə)

09.06.2021

Vəzifə funksiyaları

  1. İddia ərizələrinin, apellyasiya şikayətlərinin hazırlanması və məhkəmələrə təqdim edilməsi;
  2. Məhkəmə proseslərində təmsilçilik;
  3. Məhkəmə aktlarının icrası işini qanuna uyğun formada təşkil etmək;
  4. Problemli fermerlərlə müvafiq görüşlərdə iştirak etmək, onlarla danışıqlar aparmaq və borclarının ödənilməsində iştirak etmək;
  5. Mülki, əmək və inzibati qanunvericiliyi bilmək və tətbiq etmək;
  6. Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək;
  7. Təhkim olduğu filiallara (məntəqələrə) zəruri hüququ yardımlar göstərmək, “MKT İK” MMC-nin və təhkim olduğu filialların mənafeyini müdafiə etmək, dövlət orqanları, hüquqi və fiziki şəxslərlə danışıqlar aparmaq, filialın əməkdaşlarına hüquqi yardım göstərmək;
  8. Görülən işlər haqqından Şöbə rəisinə və şöbənin nəzarət funksiyasını icra edən hüquqşünasa hesabatlar  təqdim etmək, onların göstərişlərini icra etmək.

 

Tələblər

  • 25-45 yaş arası;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Microsoft Office (word və Excel) proqramından istifadə bacarığı;
  • Mülki, iznibati,əmək və icra , o cümlədən prosessual qanunvericiliyi sahəsində bilik və ən azı 2 il təcrübəyə malik olmaq;
  • Dövlət orqanları ilə iş bacarığı;
  • Komandada işləmək bacarığı.

İş qrafiki: 6 günlük, I – V günlər 09:00-17:00, Şənbə günü 09:00-15:00.

Müraciət qaydaları: CV–ni Azərbaycan dilində career@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquqşünas (Bərdə Filialı üzrə) yazmaqla göndərilir.