Vəzifə öhdəlikləri:
Gənc elektrik çalışdığı bölgə üzrə baş energetiklərin rəhbərliyi altında aşağıdakı işləri icra edir:
· Qoşulma sxemi olan güc və işıqlandırıcı elektrik qurğularına xidmət edilməsi;
· Elektrik mühərriklərində və texnoloji avadanlığın elektrik sxemində nasazlıqların və zədələnmələrin aşkar edilməsi və aradan qaldırılması;
· Elektrik avadanlıqlarının təmiri, onlara baxış və texniki xidmətində iştirak etmək, elektrik cihazları, elektromaqnit, maqnitoelektrik və elektrodinamik sistemlərinin sökülməsi, sazlanması və xidməti üzrə işlərin yerinə yetirilməsi;
· Zavod və ya məntəqənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq Baş energetikə məruzə edilməsi;
· Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında Baş energetikə məlumatın verilməsi;
· Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edilməsi;
· Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edilməsi, qısaqapanmanın yaranmaması üçün lazımi addımların atılması;
· Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasının təmin edilməsi;
· Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfinin təhlil edilməsi, qəzalar və onların səbəblərini haqqında Baş energetikə məlumatın verilməsi;
· Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin icra edilməsi.
Tələblər
• Sahə üzrə iş təcrübəsinin olması üstünlükdür;
• Müvafiq sahə üzrə təhsil;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizənin qayda və normalarını bilməlidir;
• Azərbaycan dilini səlis (rus dili orta səviyyədə üstünlükdür) bilməlidir.
• Müntəzəm işgüzar səfərlərdə iştirak etməyə hazır olmaq.
Səriştələr:
• Məsuliyyətli
• Şəxsi inkişafa meylli
• Pozitiv
• Özünütəşkiletmə qabiliyyəti
• Nailiyyət yönümlülük
• Etibarlılıq
• Dürüstlük
Müraciət etmək üçün xahiş olunur ki, linkə daxil olasınız: https://qlor.me/kwopitwo