“MKT İstehsalat Kommersiya” MMC Koporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində təşəbbüskar addımlar atmağda davam edir. Şirkət, şəhid övladlarına dəstək məqsədi daşıyan “Uşaqlar gələcəyimizin əmanətdir” adlı layihənin növbəti mərhələsini yekunlaşdırıb. Bu mərhələ Aran rayonlarında yaşayan 44 günlük Vətən Müharibəsi, zəfərdən sonra və sentyabr təxribatları zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanların 6-12 yaş aralığındakı (ibtidai sinif və orta məktəb şagirdləri) övladlarını əhatə edib. Avqust ayından etibarən Aran regionunda yaşayan şəhid övladlarına məktəbli formalarının hədiyyə edilməsi məqsədi ilə bağlı tədbirlər həyata keçirilib. Layihə uşaqların yeni tədris ilinə və gənclərin təhsilinə dəstək məqsədi daşıyır. Layihə çərçivəsində, uşaqlara müəyyən edilmiş yaş kateqoriyasına əsasən məktəbli formaları təqdim edilib.
Əlavə olaraq qeyd edək ki, layihənin ilkin mərhələsi iyun ayında başlamışdır. İlkin olaraq məktəbəqədər uşaqları əhatə edən layihədə Ağdam, Neftçala, Salyan, Saatlı, Sabirabad, İmişli, Tərtər, Goranboy, Zərdab rayonlarında yaşayan uşaqlar və onların ailələri iştirak etmişdir. Ölkədə təhsilə və cəmiyyətin rifahına töhvə verəcək belə təşəbbüskar layihələrin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.
Layihənin üçüncü mərhələsi isə önümüzdəki günlərdə yekunlaşacaqdır.
Şəhid və qazi övladları üçün sosial dəstək layihəsinin növbəti mərhələsi başa çatıb.
06.10.2023DİGƏR XƏBƏRLƏR
27.12.2023
“MKT İstehsalat Kommersiya” MMC Biləsuvar rayonunda uşaqlar üçün Yeni İl tədbiri təşkil etdi
08.11.2023