Tirə əkin üsulu son illər məhsuldarlığın yüksəldilməsi istiqamətində ölkənin kənd təsərrüfatı sektorunda geniş vüsət tapmaqdadır. Pambıqçılıq sektorunda da bu texnologiyanın tətbiqi son illərdə nəzərə sarpacaq dərəcədə artmaqdadır. “MKT İstehsalat Kommersiya” MMC tirə əkin üsulunun tətbiqinə həm innovasiya sahələrində həmdə fermer sahələrində geniş yer ayırmaqdadır.
Yeni texnologiyanın üstünlükləri:
- Tirələrdə çiyid eyni miqdarda, normal dərinliyə düşür
- Günəş şüası tirələrdə bərabər paylandığı üçün torpaq tez qızır və eyni vaxtda normal çıxış alınır
- Tirələrdə torpaq tez qızdığı üçün erkən əkinlərə imkan yaradır
- Tirələrdə suvarma normal gedir əmək sərfi azalır
- Su itkisinin qarşısı alınır
- Torpaqlar su eroziyasına məruz qalmır
Tirə səpin texnologiyasının tətbiqi qaydası aşağıdakı kimidir
- Sahənin hazırlanması birinci şum
- Ehtiyac olarsa müəyyən dövrdən sonra ikinci şum
- Yanvar ayında tandem disk ilə sahə disklənir və sahə səthi mala vasitəsilə tam hamarlanır
- Martın əvvəli tirələrin hazırlanması (tirə vuran aqreqatla) ilkin olaraq tirələr çəkilir müəyyən bir müddət keçdikdən sonra səpin qabağı təkrarən bir də tirə təzələnir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, hazırlanmış tirələrdə torpaq yatır, tirələr müəyyən qədər torpaqla dolur və əmələ gələn alaq otlarını məhv etməkdən ötrü təkrarən tirə çəkilir və tirənin çökmüş hissələri bərpa olunur. Tirələrdə də cərgə arası məsafə eynilə 90 sm/metrdir.
Texniki təminat və resurslar
“MKT İK” MMC-nin 13 ədəd tirə əkin aqreqatı mövcuddur. Tirə əkin aqreqatlarının iş əmsalının hesablanması digər texnikalara görə bir qədər fərqlidir. Belə ki, tirə çəkilməsi iqlim şəraitindən, mükəmməl torpaq hazırlığından çox asılıdır. Bu texnikanın səmərəlilik əmsalın artıran amillərdən biridə avtopilot GPS sistemindən istifadədir. Ortalama olaraq bir aqreqatla əkin mövsümündə 300-350 hektar sahədə tirə əkin üsulu aparmaq mümkündür.