Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İstehsalat Kommersiya” MMC Biləsuvar rayonunda uşaqlar üçün Yeni İl tədbiri təşkil etdi

27.12.2023

Uşaqlar gələcəyimizdir, onların rifahının yüksəldilməsi çiçəklənən sabahın əsasını qoyur.  Uşaqları heç bir zaman diqqətdən kənarda qoymayan “MKT İstehsalat Kommersiya” MMC-nin növbəti tədbiri də məhz gələcəyimiz olan uşaqları hədəf almışdır. Şirkət komandası 26 dekabr tarixində Biləsuvar rayonunun pambıqçılıqla məşğul olan, ən yüksək məhsuldarlığa sahib kəndlərindən biri Xırmandalı kənd Müşfiq Abbasov adına 2 saylı tam orta məktəbində ibtidai sinif şagirdləri üçün “Uşaqlara sevinc bəxş et” şüarı altıda növbəti yeni il şənliyini keçirmişdir.
Keçirilən tədbirdə 150-dən çox ibtidai sinif şagirdi, müəllim kollektivi  iştirak etmişdir. Uşaqlara bayram sevinci yaşatmaq üçün Şaxta Baba və animatorların iştirakı ilə bir sıra əyləncələr təşkil edilib. Tədbirə xüsusi hazırlaşan şagirdlər tamaşalar nümayiş etdirmiş, şeirlər və nəğmələr oxumuşdur. Daha sonra Şaxta Baba uşaqları qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə təbrik edib bayram hədiyyələri təqdim etmişdir.  
Gələcəkdə də bu tip tədbirlərin keçirilməsi və daha çox uşağın sevincinin bir parçası olmaq “MKT İstehsalat Kommersiya” MMC-nin hədəflərindən biridir.