Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton kollektivi 20 Yanvar Şəhidlərinin əziz xatirəsini andı

21.01.2025

Prime Cotton MMC və ana şirkəti GP Cotton Holdings-in idarə heyəti və əməkdaşları 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibətilə Şəhidlər Xiyabanını ziyarət ediblər. Kollektivimiz, xalqımızın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edərək onlara dərin ehtiramlarını ifadə ediblər. Şəhidlərin müqəddəs xatirəsini yad etmək üçün onların məzarlarına gül dəstələri düzülüb, həmçinin “Əbədi Məşəl” abidəsinin önünə əklil qoyulub.
Bu əlamətdar gün, tariximizin qürur səhifəsidir və şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.