Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton Beynəlxalq Sərgidə keçirdiyi görüşlərlə əlaqəli ilk bəhrəsini verib

17.04.2025

26-28 fevral 2025-ci il tarixlərində keçirilən qlobal əhəmiyyətli Beynəlxalq İstanbul İplik Sərgisində Prime Cotton şirkəti uğurlu şəkildə təmsil olunaraq ilk satışını həyata keçirdi. Prime Cotton Türkiyənin Dem Tex Pamuk şirkəti ilə il boyu davam edəcək bir alış-satış müqaviləsi imzalayıb və mart-aprel ayında ilk partiyanın satışını reallaşdırıb.

Prime Cotton 2025-ci ilin sonuna kimi 10 min ton iplik satışını reallaşdırmağı planlaşdırır. Bundan başqa, məhsul yığımı dövründə sərgi çərçivəsində görüş keçirilmiş şirkətlərdən yeni sifarişlərin daxil olacağı gözlənilir.

Sərgidə iştirakın başlıca məqsədi Prime Cotton şirkətini, onun məhsullarını və o cümlədən, Azərbaycan pambığını beynəlxalq bazara tanıtmaq, xam pambıq satışını azaltmaq üçün iplik satışını artırmaq və ixrac portfelini genişləndirmək olub.

“Made in Azerbaijan” brendinin layiqli təmsilçisi olan Prime Cotton bu nüfuzlu sərgidə stendi ilə iştirak edən yeganə Azərbaycan şirkəti olub. Şirkətin Baş İcraçı Direktoru Rövşən Mahmudovun rəhbərliyi altında kommersiya, satış və marketing komandaları sərgidə aktiv şəkildə iştirak edib.

Sərgi çərçivəsində Prime Cotton komandası İsveçrə, İtaliya, Polşa, Türkiyə, Özbəkistan, Çin, Hindistan, Misir, İordaniya, Rusiya və İran da daxil olmaqla tekstil və pambıq sahəsinin öncül 150-ə yaxın şirkəti ilə görüşlər keçirib.

Bu görüşlər nəticəsində Prime Cotton Hindistanın Vatsal Export Trading, İtaliyanın Manufattura Italiano Cuciria, İsveçrənin Silko SA və Polşanın Archantis şirkətləri ilə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün yenidən görüşmək üzrə razılaşıb.