Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İstehsalat Kommersiya” MMC kənd təsərrüfatı sahəsində yenilikçi addımlar atmağa dəvam edir.

20.06.2023

“MKT İstehsalat Kommersiya” MMC kənd təsərrüfatı sahəsində yenilikçi addımlar atmağa dəvam edir. “MKT İK” MMC İsrailin “Prodata” şirkəti pambıq ərazilərində əkinlərin daha effektiv təşkil olunması və dəqiq məlumat bazasının toplanılması məqsədilə əməkdaşlığa başlamışdır. “Prodata” şirkətinin layihələrindən biri olan Agritask, aqronomiya məlumatları və analitika platforması olaraq fəaliyyət göstərir və ümumi dəyər zəncirində müəssisələri kənd təsərrüfatı məhsul istehsalçıları və tədarükçüləri ilə əlaqələndirərək, məhsuldarlığı, məhsul keyfiyyətini və davamlılığı təmin edən aqronomik praktikaları əvvəlcə nəzarət edir, sonra dəstəkləyir və tətbiq edir. Məlumatların toplanması, patentli metodlar və modellər daxil olmasında və qərar verilmə proseslərində kömək edir. Mövsüm boyu mobil tətbiq vasitəsilə bağ sahəsi, fenoloji mərhələ, hündürlük, verim təxmini və daha çox məlumat toplanır. Toplanan məlumatlar cədvəllər, qrafiklər və xəritələr vasitəsilə göstərilir. Əlavə olaraq bildirmək istərdik ki, Agritask layihəsi bütün filiallarda tətbiq olunması nəzərdə tutulur.