Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İstehsalat Kommersiya” MMC “Kənd Günü” adlı kənd təsərrüfatı aqreqatlarının və texnikalarının sərgisi keçirilib

04.08.2023

İyul ayında “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında “Kənd Günü” adlı kənd təsərrüfatı aqreqatlarının və texnikalarının sərgisi keçirilib. Keçirilən sərgidə müxtəlif aqreqatlar və texnikalar nümayiş edilib. Tədbirdə Ağdam RİH-nin və YAP Ağdam rayon təşkilatının nümayəndələri, “MKT İstehsalat Kommersiya” MMC-nin Regional aqranomları, fermerlər, AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional direktoru, Aqrar Sığorta Fondunun nümayəndələri, DAİM Ağdam filialının əməkdaşları iştirak ediblər.
Sərgidə AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Bərdə Regional rəhbərliyi tərəfindən ilk öncə fermerlər və təsərrüfatçılarla ziyanvericilərə qarşı müasir mübarizə metodları, fermerlərin innovativ üsulla pambıq əkininin becərilməsində yeni qaydaların tətbiqi üzrə məlumatlandırma, onların bu sahədə qeyd olunan üsullardan istifadə etməklə ənənəvi üsuldan fərqli olaraq daha çox gəlir əldə etmələri üçün profilaktik söhbətlər aparılıb və ümumilikdə bu sahədə bilik və bacarıqlarının artırılması üçün çıxışlar edilib.
“MKT İstehsalat Kommersiya” MMC “Kənd Günü” sərgisini digər filiallarında  və Ağdam rayonunun digər kəndlərində keçirilməsini planlaşdırır.