Bu ilki pambıq tədarükü dövründə “MKT İstehsalat Kommersiya” MMC-nin 5 filialında “SGS” şirkətinin nümayəndə heyyəti xam pambığın qəbulu, nümunələrin götürülməsi, nümunələrin zibillik və nəmlik analizinin aparılması zamanı müşahidəçi kimi iştirak edəcəkdir. Bununla da, qəbul və laboratoriya analizi prosesində müvafiq standartların tələblərinə uyğunluğun üçüncü tərəf nümayəndələr tərəfindən də təsdiqi həyata keçirilmiş olacaqdır. Pilot layihə olaraq başladılacaq bu layihənin gələcəkdə bütün filiallarda tətbiq edilməsi planlaşdırılır.
“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda
“SGS” dünyanın aparıcı inspeksiya, yoxlama, sınaq və sertifikatlaşdırma şirkətidir. SGS Azərbaycanda 30 ilə yaxındır ki, uğurla fəaliyyət göstərir və aşağıdakı biznes istiqamətləri üzrə geniş spektrli xidmətləri yerinə yetirir:
• Təbii Sərvətlər (NR) - Neft, Qaz və Kimya, Kənd Təsərrüfatı və Mineral Mallar
• Sənaye və Ətraf Mühit (I&E)
• Bilik (Kn) - Sertifikatlaşdırma və Biznesin Təkmilləşdirilməsi