Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

"MKT İK" MMC “Beynəlxalq Yer Günü” ərəfəsidə Ağdam rayonunda ekoloji layihə keçirib

02.05.2023

“MKT İK” MMC “Heydər Əliyev İli”nə həsr olunmuş geniş tədbirlər planını hazırlayıb. Silsilə tədbirlər sırasında 2023-ci il ərzində pambıqçılıq rayonlarında müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
Tədbirlərin ilki Ağdam şəhərində “Beynəlxalq Yer Günü” ərəfəsidə Ağdam rayonunun ən aktiv pambıqçılıq kəndlərindən olan Əhmədağlı kəndi ərazisində yerləşən yararsız hala gəlmiş meydançada və meydança kənarı ilə axan arxda ekoloji layihə həyata keçirilməsi ilə başlayıb.
Layihədə Ağdam filial əməkdaşları və baş ofis əməkdaşları ilə birlikdə 50-ə yaxın insan iştirak edib. Habelə, zibillərin kütləvi toplanması və daşınması üçün 2 ədəd traktor, 6 ədəd qoşqu və 1 ədəd buldozer də layihəyə cəlb olunub. Beləliklə, meydança 2-3 saat ərzində 6 ton plastik, metal, şüşə, taxta qırıqları və təbiət üçün zərərli olan polietilen paketlər toplanaraq aidiyyatı üzrə təhvil verilib.