Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Fermerlərlə Görüş

09.03.2023

Pambıqçılıq sahəsində istifadə olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışılmış, fermerlərin texnika, maşın və gübrə ilə təminatı sahəsində irimiqyaslı tədbirlərin həyata keçirilməsi, pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmağın vacibliyi vurğulanmışdır.
Fermerlərə laborator xidmətinin göstərilməsi, lifi yüksək keyfiyyətli olan “Barbadenza” pambıq növünün sınaq əkininə başlanılmasından, şoran torpaqlarda məhsuldarlığın artırılması və bu kimi digər mövzulardan söhbət açılıb.
Daha sonra fermerləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib.
Yekunda qabaqcıl təsərrüfatçılar şirkət tərəfindən mükafatlandırılıb.