Bakıda II “Türk Dövlətləri Aqrobiznes Forumu” keçirilib. Keçirilən forumda şirkətimiz də iştirak edib.
Tədbir Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 2-ci iclası çərçivəsində təşkil olunub. Forumda üzv və müşahidəçi ölkələrin hökumət üzvləri, dövlət qurumlarının, aqrar sektorda ixtisaslaşmış şirkətlərin nümayəndələri iştirak edib.
İclası açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanda aqrar sahədə aparılan islahatlar və qarşıda duran vəzifələr barədə iştirakçılara məlumat verib. Nazir qeyd edib ki, kənd təsərrüfatı məhsuldarlığının daha da artırılması, iqlimə uyğun, yaşıl və rəqəmsal kənd təsərrüfatının yaradılması, ixrac məhsullarının və coğrafiyasının şaxələndirilməsi aqrar sektorun davamlı inkişafının əsas prinsipləridir.
Sonra II Türk Dövlətləri Aqrobiznes Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib.