Şirvan Yağ Emalı Zavodu
- “MKT İstehsalat Kommersiya” MMC-də pambıq yağı istehsalını həyata keçirən Şirvan Yağ Emalı zavodu fəaliyyət göstərir.
- Zavod istehsal və rafinasiya üçün lazım olan ən son texnologiya ilə təchiz olunmuşdur. İstehsal olunan çiyidin 12%-13%-i rafinasiya olunmuş yağ olaraq əldə edilməkdədir. Həmçinin, zavod, pambıq çiyidindən soapstock, pambıq jmıxı və linter istehsal edir.
Şirvan Yağ-Piy zavodunun təməli qoyulmuşdur. Müəssisə fəaliyyətə “Yağ zavodu” adı altında başlamışdır.
"Yağ ekstraksiya” zavodu adı ilə fəaliyyət göstərmişdir.
Müəssisənin gücü tədricən artırıldı. Nəticədə, gündəlik çiyid emalı 270 tondan 700 tona çatdırıldı.
Yağın hidratlaşdırılması üzrə istehsalat sahəsi yaradıldı və müəssisəyə “Yağ-Piy kombinatı” adı verildi.
Respublikada Pambıq istehsalı aşağı düşdükcə Yağ zavodununda da rentabellilik pozuldu və 1997-ci ildə müəssisə açıq səhmdar cəmiyyətinə çevrildi.
Zavodun bazasında yeni kiçik müəssisənin tikilməsi qərara alındı.
“Şirvan Yağ-Piy Zavodu” adı ilə müəssisə fəaliyyətə başladı. Bu dövrdə zavodun gündəlik 120 ton çiyid emal etmək imkanı vardı.
Ölkədə pambıqçılığın inkişafı nəticəsində çiyid çıxımına uyğun olaraq zavodun imkanlarının genişləndirilməsinə qərar verilmişdir. Nəticə etibarilə zavodda yeni texnoloji avadanlıqlar quraşdırıldı və müəssisədə gündəlik çiyid emalı 350-400 tona çatdırıldı.
Müəssisədə məhsulların standartlara uyğun olması üçün lazım olan bütün analizlər aparılır. Zavodda Amerkanın, Almaniyanın, İtalyanın və Türkiyənin avadanlıqları ilə təchiz olunmuş mərkəzi laboratoriyası fəaliyyət göstərməkdədir. Xammal da daxil olmaqla, bütün alınan məhsullar laboratoriyada analiz olunur. Burada Amerkanın BioTek şirkətinin 800 TS microplate reader, Almaniyanın Bruker şirkətinin Tango, İtaliyanın VELP Scientifica sirkətinin SRY-148, Türkiyənin Magma Therm şirkətinin Sobaları və daha bir neçə ölçmə cihazları vasitəsi ilə texniki çiyidin növü, yağlılığı və emaldan sonra alınan məhsulların yağlılığı, aflotoksini, külü, rəngi, şəffaflığı, nəmliyi, çöküntüsü və s. göstəriciləri müəyyənləşdirilir. Zavod məhsullarının böyük bir hissəsi Turkiyə, Qazaxıstan, Tacikistan və İrana ixrac olunur.
Pambıq yağının texniki göstəriciləri
Characteristics: | Typical | Range | Method of Analysis |
Iodine Value | 110 | 100 – 115 | AOCS Cd-1-25/ ISO 3961 |
Saponification Value (mg KOH/g) | 196 | 189 – 198 | AOCS Cd 3b-76/ ISO 3657 |
Unsaponifiable Matter (%) | 1.5 max. | ISO 3596-1 | |
Refractive Index (nD50 1.4…) | 612 | 608 – 617 | AOCS Cc 7-25/ ISO 6320 |
Fatty Acid Composition (%)
|
|
|
AOCS Ch 1-91/ AOCS 2-91
|