Bakı Tekstil Filialı
2008-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışı ilə MKT İstehsalat-Kommersiya MMC-nin “Bakı Tekstil Filial”ı fəaliyyətə başlamışdır.
- Zavod Almaniyanın Rieter firmasının avadanlıqlarından olan Open-End avadanlığı ilə təchiz olunmuşdur. Ən yeni texnoloji standartlara cavab verən fabrikdə şirkətin öz istehsal etdiyi xammaldan (pambıq mahlıcından) Ne6-Ne32 nömrəli trikotaj və toxuma ipliyi istehsal olunur. Əyrici maşınların üstündə yerləşən xüsusi proqramlaşdırılmış robotlar prosesin daha mükəmməl və keyfiyyətli şəkildə getməsinə şərait yaradır.
- Alınan məhsulun keyfiyyətinə nəzarət etmək üçün zavodda İsveçrənin USTER şirkətinin avadanlıqları ilə təchiz edilmiş laboratoriyasıda fəaliyyət göstərməkdədir.
- İldə 5000-6000 ton pambıq mahlıcından iplik istehsal etmək gücünə malik fabrikin tikintisə 14 milyon 291 min manat investisiya qoyulmuşdur. Fabrik yerli mütəxəssislər tərəfindən idarə olunur və zavodda hal-hazırda ümumi olaraq 112 işçi fəaliyyət göstərir.
- Şirkət məhsullarının böyük bir həssəsi xarici ölkələrə ixrac olunur. Bu ölkələrə Rusiya Federasiyası, Belarusiya, Ukrayna, Türkiyə, İran və s. aiddir.
Müraciət formu
Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq