Yanvar ayının ilk həftələrindən fevral ayının sonunadək fermerlər və filial əməkdaşlarımızın övladları arasında keçirilmiş pambıq, pambıqçılıq və "MKT İK" mövzulu "Rəsm Müsabiqəsi"-nin qalibləri təltif olunub.
6-15 yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bu müsabiqədə bütün iştirakçılara sertifikat, ilk 3 yeri tutan qaliblərə isə pul mükafatı verilmişdir. Əldə olunan rəsmlər peşəkar rəssamlar tərəfindən 3 kateqoriya üzrə 10 ballıq şkala ilə qiymətləndirilmiş və bu göstəricilərə uyğun qaliblər seçilmişdir. Daha sonra, iştirakçılar "MKT İK" MMC-in Saatlı filialında keçirilən tədbirə dəvət olunmuşdur. Ümumilikdə 10 pambıqçılıq rayonundan 30-dan çox iştirakçının qatıldığı bu müsabiqədə Saatlı rayonundan Əlizadə Zəhra 1-ci yer, Neftçala rayonundan Hacızadə Ərkinaz 2-ci yer, Ağcabədi rayonundan Məmmədli Turan isə 3-cü yerin qalibi olmuşdur.
"MKT İK" MMC əməkdaşlarının övladları arasında rəsm müsabiqəsi keçirib
28.03.2023DİGƏR XƏBƏRLƏR
27.12.2023
“MKT İstehsalat Kommersiya” MMC Biləsuvar rayonunda uşaqlar üçün Yeni İl tədbiri təşkil etdi
08.11.2023