Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə ödənişlər təqdim edilib.

17.03.2023

Ötən il aqrar sığorta ilə təminat altına alınan pambıq sahələrinin bir qismi fırtına, dolu və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərərə məruz qalıb. 14 mart tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Ağdam filialında keçirilən tədbirdə sahələrini sığortalayan pambıqçı fermerlərə ödənişlər təqdim edilib. Ağdamda pambıq sahələri dolu riskindən zərər çəkən 55 nəfər fermerə 76000 manata yaxın sığorta ödənişi verilib, fermerlərə simvolik çeklər təqdim olunub. Bununla da Ağdam, Tərtər, Bərdə, İmişli, Goranboy rayonlarında pambıq sahələri dolu, sel, subasma və üçüncü şəxslərin hərəkətləri nəticəsində zərər görmüş 60 fermerə 116 min manatdan çox zərər ödənişi olunub.
Tədbir çərçivəsində MKT Ağdam filialının inzibati binasında DAİM-in rəhbərliyinin iştirakı ilə yerli fermerlərlə görüş keçirilib. Aqrar Sığorta Fondunun nümayəndələri fermerlərə aqrar sığorta mexanizmi, onun faydaları və bitkiçilik məhsullarının sığortası şərtləri barədə geniş məlumat verilib, sualları ətraflı cavablandırılıb.