Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Vakansiya: Şəbəkə Adminstratoru

04.10.2021

“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 illik iş təcrübəsinə malikdir. Şirkətin fəaliyyətinin əsas istiqaməti ölkənin 20 pambıqçılıq rayonundan 15-ində pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

 

“MKT İstehsalat Kommersiya” MMC xam Pambıqdan əsasən Mahlıc, Çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jmıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir.

 

2021-ci ilin Yanvar, Fevral və Mart  ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində “MKT İstehsalat Kommersiya” MMC birinci yerdə qərarlaşmışdır. Hal-Hazırda müəssısəmizdə işçı sayı 3200 nəfərdir və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.

 

 

“MKT İK” MMC IT şöbəsinə qoşulmaq üçün açıq fikirli və enerjili Şəbəkə İnzibatçısı axtarır.

 

Vəzifə öhdəlikləri:

 

  • LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
  • Şəbəkə avadanlıqlarının (Cisco, HP router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
  • Router, Switch və Firewall-ları Şirkətin təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi;
  • Cisco, Mikrotik routerlər, HP, Ubiquiti, HikVision switch-ləri, Ubiquiti Access Pointlərlə iş təcrübəsi
  • PaloAlto, FortiGate firewall-larla iş təcrübəsi (müvafiq sertifikatlar arzuolunandır)
  • İP-telefoniya sistemləri 3CX, CCM işləmək, Daxili ATS-lərin qurulması;
  • Şəbəkə problemlərini müəyyən edib həll etmək;
  • Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
  • Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
  • Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
  • İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

 

Tələblər:

 

  • Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Azərbaycan, İngilis və Rus dili bilikləri (danışıq bilikləri, texniki sənədlərin oxunması);
  • Server OS-ləri ilə iş üzrə baza bilikləri;
  • CCNP üzrə nəzəri və praktiki bilik səviyyəsi;
  • Tələb olunan sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri operativ həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq.

 

 

 

 

Səriştələr:

 

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

 

Əlavə məlumat:

 

  • Əmək haqqı razılaşma əsasında;
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

 

 

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “WS Şəbəkə İnzibatçısı” mövzusu ilə career@mktcotton.com elektron ünvanına göndərə bilərsiniz.

 

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.