Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Prime Cotton şirkəti olaraq IV Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak etdik.

24.03.2026

Forum dövlət və özəl qurumları, ali təhsil müəssisələrini, investorları, akselerasiya və inkubasiya mərkəzlərini, eləcə də aqrar startapları bir araya gətirdi.

Stendimizdə pambıqçılıqda tətbiq etdiyimiz innovativ həlləri, dəyər zəncirinin bütün mərhələlərində həyata keçirdiyimiz prosesləri və davamlı resurs idarəçiliyi yanaşmamızı təqdim etdik.

Bu forum "Prime Cotton" üçün innovasiya əsaslı əməkdaşlıqların genişləndirilməsi və aqrar sahədə texnoloji həllərimizin daha geniş auditoriyaya təqdim olunması baxımından əhəmiyyətli platforma oldu.