Aksiya Prime Cotton-un baş ofisində və filiallarında baş tutub. Qanvermə prosesində 100-dən çox əməkdaş könüllü olaraq iştirak edib. Tədbirə eyni zamanda bir sıra qurumların nümayəndələri də qoşulublar. Qanvermə prosesi Mərkəzi Qan Bankının tibbi heyəti tərəfindən həyata keçirilib və toplanan qan ehtiyatı müvafiq tibbi prosedurlar üçün qəbul edilib.
Prime Cotton artıq bir neçə ildir ki, qanvermə aksiyalarını mütəmadi şəkildə təşkil edir. Şirkət sosial dəyərlərə əsaslanan yanaşmanı fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edir və ictimai əhəmiyyət daşıyan təşəbbüslərə dəstəyini davam etdirir.
EN
RU