Sosial şəbəkə səhifələrində və bəzi xəbər portallarında şirkətimizə məxsus, Sabirabad rayonu Axtaçı-Muğan kəndində yerləşən, pambıq emalı zavodunda yanğının baş verməsi ilə bağlı məlumatın yer aldığı məqalələr yayımlanmışdır.
Məsələ ilə bağlı bildirmək istərdik ki, 19.02.2023 tarixində “MKT İK” MMC-nin Sabirabad rayonu Axtaçı-Muğan kəndində yerləşən və şirkətimizə məxsus olan pambıq emalı zavodunun yerləşdiyi ərazidən kənarda, qeyri-müəyyən səbəbdən yaranmış yanğının pambıq mahlıcı kiplərinin saxlanıldığı talvarlara sirayət etməsi nəticəsində yanğın hadisəsi baş vermişdir. Yanğının əhatə dairəsi lokallaşdırılıb və tam söndürülmüşdür, hal-hazırda soyutma işləri davam edir. Hadisə nəticəsində xəsarət alan olmamışdır.
Sabirabad rayonu Axtaçı-Muğan kəndində baş vermiş yanğınla bağlı açıqlama
20.02.2023DİGƏR XƏBƏRLƏR
27.12.2023
“MKT İstehsalat Kommersiya” MMC Biləsuvar rayonunda uşaqlar üçün Yeni İl tədbiri təşkil etdi
08.11.2023