Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Noyabr ayı ərzində “MKT İstehsalat Kommersiya” MMC-nin filiallarında ağacəkmə aksiyası keçirilmişdir.

12.11.2023

“Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” deyən Ümummilli Lider Heydər Əliyevin şüarından yola çıxaraq Zəfər Günü ərəfəsində şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə dərin ehtiram əlaməti olaraq və Heydər Əliyev irsinin əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyası keçirilmişdir.

“MKT İstehsalat Kommersiya” MMC-nin fəaliyyət göstərdiyi Aran rayonlarında Heydər Əliyev ilinə və Zəfər Gününün 3-cü il dönümünə həsr olunmuş ağacəkmə marafonunda hər filialda 100 ağac olmaqla ümumilikdə 2000-dən çox ağac əkilmiş və onlara aqrotexniki qulluq göstərilmişdir.

Keçirilən aksiyalarda “MKT İstehsalat Kommersiya” MMC-nin əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən müharibəsi qaziləri iştirak ediblər. Layihə çərçivəsində əkilən fidanlar şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi və ekoloji tarazlığın bərpası, ətraf mühitin qorunması məqsədi daşımaqdadır.