Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

"MKT İK" MMC-nin Ağdam filialına məktəblilərin ekskursiyası təşkil olunub

08.05.2023

"MKT İK" MMC-nin Ağdam filialına 8-10-cu siniflərin ekskursiyası təşkil olunmuşdur. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdləri pambıqçılıq və "MKT İstehsalat Kommersiya" MMC haqqında məlumatlandırmaq və ixtisas seçimi zamanı istiqamətləndirməkdir.
Girişdə şagirdlərə SƏTƏM haqqında məlumat verilmiş və təhlükəsizlik qaydaları izah edilmişdir. Şagirdlər filial ərazisi ilə tanış olduqdan sonra, filialın iş prosesi haqqında ətraflı məlumatlandırılmışdır. Daha sonra masa ətrafında şagirdləri maraqlandıran suallar cavablandıran əməkdaşlarımız onlara hədiyyələr təqdim etmişdir. Əlavə olaraq, şagirdlərdə pambıqçılığa maraq yaratmaq üçün hər birinə 10 ədəd çiyid (pambıq toxumu) verilmişdir. Mövsüm sonunda ən yaxşı pambıq becərən şagirdlərə şirkətimiz tərəfindən hədiyyələr təqdim olunacaqdır.