Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Vakansiya: Daxili Nəzarət üzrə mütəxəssis - aparıcı mütəxəssis - baş mütəxəssis

18.05.2021

Vəzifə funksiyaları

  • Regionlarda yerləşən müəssisələrdə və baş ofisin struktur bölmələrində daxili nəzarətin həyata keçirilməsi;
  • Cəmiyyətin mövcud siyasət və qaydalarından, habelə fəaliyyət istiqamətindən yayınmaların səbəb olacağı riskləri və onların təsirini dəyərləndirilməsi;
  • Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərin tələblərinə uyğunluğunu və yayınmalarını qiymətləndirilməsi;
  • Daxili tədqiqatların aparılması: Daxili qayda və siyasətlərin pozuntusu aşkar olunduqda səbəblərin araşdırılması;
  • Baş verən daxili qayda və siyasətlərin pozuntularının aradan qaldırılması üçün təkliflərin irəli sürülməsi;
  • Daxili qayda və siyasətlərin pozulması ilə müşahidə olunan hadisələri araşdırır;
  • Müvafiq mövzuda təkliflər təqdim edir, hesabat və xidməti məruzələrin hazırlanmasında yaxından iştirak edir;
  • Nöqsanların aradan qaldırılması istiqamətində tədbir görür;
  • Daxili nəzarət tədbirlərinin nəticələri əsasında Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, mütərəqqi və müasir iş proseslərinin tətbiqi üzrə rəhbərliyə təkliflər verir.

 

Texniki biliklər:

  •       Nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik      
          biliklər;
  •       Cəmiyyətin mövcud daxili normativ sənədlərinin biliyi.

 

Səriştə və bacarıqlar:

  • Mükəmməl şifahi və yazılı ünsiyyəti bacarmaq;
  • Analitik düşüncə qabiliyyəti;
  • Komanda daxilində işləmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq.

Tələblər

  • İqtisad sahəsində ali təhsilin olması (maliyyə və audit üstünlükdür);
  • Daxili Audit, Risklərin İdarə edilməsi, Daxili Nəzarət  sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində yüksək effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən faəl dinləmə, tapıntıların təkliflərin təqdim edilməsi bacarığı;
  •  Rus və ingilis dilləri arzu olunandır.;
  • Microsoft Office və digər proqramlar;
  •   Riskin idarə edilməsi, nəzarət mexanizmlərin və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
  •   Komanda yoldaşları və digər işçi heyyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
  • Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;

İş qrafiki: 5 günlük, 09:30-18:30   Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində  career@mktcotton.com  elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Daxili Nəzarət üzrə mütəxəssis - aparıcı mütəxəssis - baş mütəxəssis yazmaqla müraciət edilir.