Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

8 Noyabr "Zəfər Günü" tədbirləri

08.11.2023

8 Noyabr "Zəfər Günü" münasibətilə “MKT İstehsalat Kommersiya” MMC-nin baş ofis və filiallarında anım tədbirləri keçirib.

 

Keçirilən tədbirlərdə “MKT İstehsalat Kommersiya” MMC-nin baş ofis və filiallarında çalışan ikinci Qarabağ müharibəsində iştirak etmiş əməkdaşları, şirkət rəhbərliyi və şəhid ailələri iştirak edib.

 

Silsilə tədbirlərdə vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi yad edilib. Sonra isə şirkət rəhbərinin təbrikləri tədbirdə iştirak edən müharibə iştirakçılarına və əməkdaşlara çatdırılıb. Tədbir zamanı qazilər müharibə xatirələrini və zəfər sevinclərini bölüşüblər.

 

Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC -də hal hazırda 150 nəfərdən çox ikinci Qarabağ müharibəsi iştirakçısı çalışır.