Türk Dövlətləri Təşkilatının (TDT) kənd təsərrüfatı paytaxtı elan olunmuş Quba şəhərində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə təşkilata üzv və müşahidəçi dövlətlərin “OTS Made” (TDT İstehsal) brendinin yaradılması ilə bağlı iclası iclası keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Şimali Kipr Türk Respublikasının Kənd Təsərrüfatı Nazirliklərinin səlahiyyətli nümayəndələri, aidiyyəti qurumların ekspertləri və “MKT İK” MMC-nin səlahiyyətli nümayəndələri iştirak edib.
İclasda TDT ölkələrində vahid brend altında istehsalın yaradılması ilə bağlı müzakirələr aparılıb. Tədbir iştirakçıları kənd təsərrüfatı və emalı məhsullarının birgə istehsalı məqsədilə ilkin mərhələdə Yol Xəritəsi layihəsinin hazırlanması barədə razılığa gəliblər.
EN
RU