Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin təşəbbüsü ilə Biləsuvar filialımızda 18 yaşına qədər əlilliyi olan şəxslər və evdə (səyyar) sosial-məişət xidməti göstərilən ahıl şəxslər üçün xüsusi ekskursiya təşkil edilmişdir. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin asudə vaxtlarını daha səmərəli keçirmələri, onların psixoloji və emosional inkişafına dəstək olmaq məqsədi daşıyan ekskursiyada təxminən 15 nəfər iştirak etmiş, iştirakçılar zavodun iş prinsipi, pambığın sahələrdən yığılması, zavoda çatdırılması və emalı prosesini əyani şəkildə izləmişlər.
Bu kimi təşəbbüslərlə cəmiyyətimizə dəstək olmaqdan məmnunuq və gələcəkdə bu cür faydalı tədbirlərin davamlı keçirilməsini arzu edirik.
EN
RU