Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Qubada keçirilən "III Aqrobiznesin İnkişafı Forumu"nda şirkətimiz iştirak edib.

29.03.2024

Qubada keçirilən "III Aqrobiznesin İnkişafı Forumu"nda şirkətimiz iştirak edib.

Artıq üçüncü ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.

Forumu açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkə iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rolu olan aqrar sektora göstərilən dövlət dəstəyi, bu sahənin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat verib.

Forumda sektorunun hazırkı vəziyyəti və gələcək perspektivləri, habelə, iqlimə davamlı maliyyələşdirmə, subsidiyalar vasitəsilə kənd təsərrüfatının maliyyələşdirilməsi və dövlət-özəl tərəfdaşlıq yönümlü bir sıra məsələlər müzakirə olunub.