Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İstehsalat Kommersiya” MMC xeyriyyə aksiyası keçirib.

09.04.2024

“MKT İstehsalat Kommersiya” MMC 5-6 aprel tarixlərində, müqəddəs Ramazan bayramı ərəfəsində böyük pambıqçılıq rayonlarından biri olan Bərdə rayonunda xeyriyyə aksiyası keçirib.
Qızıl Aypara Cəmiyyəti ilə birgə keçirilən aksiyada cəmiyyətin qeydiyyatda olan aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət yardım qutuları çatdırılıb.
Ərzaq paylarını qəbul edən sakinlər göstərilən diqqətə görə “MKT İstehsalat Kommersiya” MMC rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
“MKT İstehsalat Kommersiya” MMC olaraq öz növbəmizdə aztəminatlı ailələrin müəyyən olunmasında və ərzaq qutularının ünvanlara çatdırılmasında yardımlarını əsirgəməyən Qızıl Aypara Cəmiyyəti və könüllülərə dərin təşəkkürümüzü bildiririk.