Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

“MKT İstehsalat Kommersiya” MMC “Qan ver, həyat xilas et” şüarı altında qanvermə aksiyası təşkil edib

06.06.2024

“MKT İstehsalat Kommersiya” MMC ənənəsinə sadiq qalaraq, Qurban bayramı münasibətilə Mərkəzi Qan Bankı ilə birgə “Qan ver, həyat xilas et” şüarı altında könüllü qanvermə aksiyası təşkil edib. Bu təşəbbüs donor qanına ehtiyacı olan talassemiyalı uşaqlara yardım məqsədi daşıyan Korporativ Sosial Məsuliyyət layihəsinin bir hissəsidir.
Artıq bir neçə ildir ki, “MKT İstehsalat Kommersiya” MMC-nin əməkdaşları və rəhbərləri, o cümlədən filiallarında fəaliyyət göstərən əməkdaşları qana ehtiyacı olan şəxslərə dəstək məqsədilə bu qanvermə aksiyalarında fəal iştirak edirlər. Bu kampaniyanın əsas məqsədi Hemofiliya və Talassemiyadan əziyyət çəkən uşaqların sağlamlığına və rifahına töhfə verməkdir.
Hazırkı belə bir tədbir 14 iyun 2024-ci il tarixində “MKT İstehsalat Kommersiya” MMC-nin Biləsuvar filialında baş tutmuşdur. Könüllülük əsasında keçirilən aksiyada “MKT İK” MMC-nin əməkdaşları və bəzi fermerlər iştirak etmişdır.