“MKT İstehsalat Kommersiya” MMC-nin Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində təşkil etdiyi fermer övladları arasında “Bilik Yarışı” yekunlaşdı.
“MKT İstehsalat Kommersiya” MMC olaraq, maarifləndirmə və gənclərin inkişafına dəstək məqsədi ilə təşkil etdiyimiz bilik yarışı uğurla başa çatdı. Üç regionda (Ağdam, Cəlilabad və Salyan) keçirilən seçim mərhələlərində iştirak edən 6 komandadan arasında yüksək performans göstərən 3 komanda – Zərdab, Neftçala və Sabirabad finala yüksəldi.
Bu cür yarışlar, gənclərin analitik düşünmə, problem həll etmə və komanda işi bacarıqlarının inkişaf etdirilməsi, intellektual potensialını ortaya çıxarmaqla yanaşı, onların gələcəkdə daha uğurlu və savadlı fərdlər kimi formalaşmasına da töhfə verir.
Yüksək rəqabət şəraitində keçən yarışda 1-ci yeri "Neftçala" komandası, 2-ci yeri "Zərdab" komandası , 3-cü yeri isə "Sabirabad" komandası tutmuşdur.
Sonda qalib gələn bütün komandalara sertifikat və hədiyyələr təqdim olundu.
Bir daha final mərhələsində qalib gələn “Neftçala” komandasını səmimi qəlbdən təbrik edirik! Yarışda iştirak edən bütün komandalar yüksək performans göstərmiş və hər biri öz sahəsində böyük nailiyyətlər əldə etmişdir. Biz, “MKT İstehsalat Kommersiya” MMC olaraq, gələcəkdə də bu cür tədbirləri davam etdirərək, gənclərin bilik və bacarıqlarının inkişafına dəstək verməyə davam edəcəyik.
EN
RU