Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

"MKT Istehsalat Kommersiya" MMC-nin filiallarında tarla görüşləri keçirildi

04.07.2024

"MKT Istehsalat Kommersiya" MMC-nin filiallarında aqronomlar və ərazi nümayəndələrinin iştirakı ilə təlim tipli tarla görüşləri keçirildi. Bu görüşlərdə pambıq yetişdirilməsi və zərərvericilərə qarşı mübarizə ilə bağlı müxtəlif mövzular müzakirə olundu.

Təlimlərdə pambığın 1-ci vegetasiya suyunun vaxtında başa çatdırılması, zərərvericilərə qarşı istifadə olunan pestisidlərin qarışım şəkildə tətbiqi qaydaları, boy tənzimləyicilərdən istifadənin məhsuldarlığa təsiri, kökdənkənar gübrələrin ardıcıl istifadəsi və onların bol və keyfiyyətli məhsul yetişdirilməsindəki rolu kimi mövzular əhatə olundu.

Həmçinin, Liqus zərərvericisi haqqında geniş məlumat verildi və ona qarşı istifadə olunan preparatların düzgün tətbiqi qaydaları izah edildi. Təlimlərdə pestisidlərin istifadəsindən sonra boş qabların zərərsizləşdirilməsi mövzusuna da diqqət yetirildi.

Bu təlimlərin məqsədi kənd təsərrüfatı işçilərinin bilik və bacarıqlarını artırmaq, pambıq sahələrində daha məhsuldar və effektiv işləmələrinə dəstək verməkdir. Bu görüşlərdə verilən biliklər, pambıq yetişdirilməsində daha yaxşı nəticələr əldə edilməsinə kömək edəcəkdir.