«MKT Istehsalat Kommersiya» MMC 2017-ci ildə emal olunmuş pambıq satışından $26 mln. gəlir əldə edib. Bunu şirkətin baş direktorunun müavini Rövşən Həsənov bu gün pambıqçılığın inkişafına dair ümumrespublika müşavirəsində çıxışı zamanı deyib.
«2017-ci ildə istehsal olunan məhsullardan yerli istehsal tələbatı daxil olmaqla 26 mln. ABŞ dolları dəyərində mal satılıb ki, bunun da 17,7 mln. dolları ixracın payına düşür. Hazırda məhsulların istehsal və satış prosesi davam edir», - deyə o bildirib.
R.Həsənovun sözlərinə görə, ötən il respublikada 135 min hektardan artıq, o cümlədən “MKT İstehsalat Kommersiya” MMC üzrə 70 min 563 hektar sahədə pambıq əkini üzrə çıxış alınıb, ölkə üzrə kondisiya şəklində çəkidə 207 min tondan artıq, o cümlədən cəmiyyət üzrə 130 min 679 ton xam pambıq tədarük edilib.
“Cari mövsümdə cəmiyyətimiz tərəfindən sahələrdən hər hektara orta hesabla 24 sentner olmaqla 120 min ton xam pambığın toplanması gözlənilir. Pambıqçılıqla məşğul olan 8700 fermerlə 40 min 500 hektar sahədə əkin üçün müqavilə bağlanıb və proses davam edir. Fermerlərə 2 mln. manatdan artıq avans verilib”, - deyə baş direktorun müavini qeyd edib.
O, həmçinin əlavə edib ki, bütün rayonlar üzrə ayrı-ayrılıqda texnoloji xəritələr hazırlanıb. 500 ton lifli, 1035 ton lifsiz yüksək reproduksiyalı pambıq toxumu tədarük edilib və tələbat tam ödənilib.
Digər xəbərlərlə tanış olun: Əsas ixracatçı şirkətlər siyahısında “MKT İstehsalat Kommersiya” MMC-nin də adı var
Digər xəbərlərlə tanış olun: Pambığın yarıdan çoxunu bizim şirkət tədarük edib
Məhsullarımızın siyahısı: Məhsullar