24 aprel tarixində “MKT İK” MMC-nin nümayəndələri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin, Entomofaqların istehsalı şöbəsində qonaq olub və bioloji laboratoriyanın iş fəaliyyəti və trixoqrammanın səmərəsi ilə tanış oldular. Ziyarətin məqsədi trixoqramma ilə bioloji mübarizəni gücləndirmək və daha geniş ərazilərə tətbiq etməkdir.
Görüş zamanı gələcək əməkdaşlıqlar üçün fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyi ilə “organik istehsal” çərçivəsində əmkdaşlıq davam edəcək.
EN
RU