28 Yanvar 2022 tarixində “Azərbaycan İnsan Resursları (HR) İnstitutu”-nun təşkilatçılığı ilə "Baku International HR Forum" (BIHRF) tədbiri təşkil edilmişdir. Sayca ilki təşkil edilən tədbirdə 6 ölkədən 16 spiker iştirak etmişdir.
Tədbirin sponsorlarından biri olan MKT İK MMC rəhbər heyəti ilə tədbirə qatılmış, həmçinin tədbir salonunda stendini yerləşdirərək iştirakçılara şirkət haqqında məlumat təqdim etmişdir.
"Baku International HR Forum"-un təşkil edilməsində məqsəd əsasən insan resursları sahəsində yeni təcrübələrin bölüşülməsi, Azərbaycanda insan kapitalının inkişafına dəstək və insan resursları sahəsinə uyğun müəyyən edilmiş nominasiyalar üzrə mükafatların təqdim edilməsi olmuşdur.
MKT İK MMC tədbirdə iki nominasiya üzrə mükafata layiq görülmüşdür. Bunlardan ilki şirkətin insan resursları komandasına təqdim edilən “Ən yaxşı daxili kommunikasiya strategiyası” mükafatı, digəri isə şirkətin “Təlim və İnkişaf” üzrə alt bölmə rəhbəri olan Elnur Axundov-a təqdim edilən “Təlim və inkişaf üzrə ən yaxşı lider” mükafatı olmuşdur.