11.07.2024 tarixdə Yevlax İFT-də Tədqiqat və inkişaf bölməsi yerli İFT əməkdaşları ilə birlikdə əkin sahələrində Dronla yaşıl pambıq sovkasına qarşı 16 ha sahədə dərmanlama işlərinə start verdi. Məqsəd aparıcı inkişaf etmiş ölkərdə kənd təsərrüfatı sahələrində istifadə olunan müasir texnologiyaların əkin sahələrimizdə tədbiqi və bu cür üsullardan istifadədə iqtisadi səmərəliliyin öyrənilməsidir.
EN
RU