Məhsul sifariş formu

Müraciətiniz qeydə alındı.
Sizinlə tezliklə əlaqə yaradılacaq

az en ru

Cəlilabad Dövlət Peşə Təhsil mərkəzində “Kənd təsərrüfatında yaşıl innsovasiyalar” mövzusunda infotur təşkil olundu.

24.05.2024

24 may tarixində Cəlilabad rayonunda yerləşən Cəlilabad Dövlət Peşə Təhsil mərkəzində “Kənd təsərrüfatında yaşıl innsovasiyalar” mövzusunda infotur təşkil olundu. Tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri, ADA universitetinin nümayəndələri və İşəgötürən nümayəndələri iştirak etdi.

Tədbir ərzində Azərbaycanın ən aparıcı aqrar təsərrüfatları və dövlət qurumları ilə Göytəpə şəhərində kənd təsərrüfatında innovasiyaları, yaşıl artım üçün tələb edilən bacarıqlar ilə bağlı dəyirmi masa təşkil olundu. Elm və Təhsil Nazirliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinə təşkil edilmiş infotur iştirakçıları mərkəzin təlim-təcrübə sahəsində yaradılmış “YAŞIL DÜNYA” bağını da səyahət etdilər.